II ixtisas qrupu

II ixtisas qrupu

II ixtisas qrupu üzrə qəbul imtahanı abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq Riyaziyyat (nisbi əmsal: 1,5), Coğrafiya (nisbi əmsal: 1,5) və Tarix (nisbi əmsal: 1) fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal nisbi əmsalı 1,5 olan fənnlər üzrə 150 bal, nisbi əmsalı 1 olan fənnlər üzrə 100 bal olmaqla, cəmi 400 baldır. Abituriyentlər qəbul imtahanın birinci mərhələsində isə hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 bal toplaya biləcəklər. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi  təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, 1 il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsili müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir.  Qəbul imtahanları hər tədris ilində 2 dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız bir imtahanda iştirak edə bilər. 

 

Kainat Tədris Mərkəzində filiallara uyğun olaraq hazırlıq həftədə 3 və ya 4 dəfə, 90 dəqiqə olmaqla keçirilir. 8, 9, 10, 11-ci sinif şagirdləri üçün nəzərdə tutulan abituriyent hazırlığı Kainat Tədris Mərkəzinin aşağıda göstərilən filiallarında mövcüddur: Nərimanov, Həzi Aslanov, Yasamal, Qarayev, Binə, Lökbatan, Sahil, Xırdalan, Salyan, Neftçala, Şirvan, Kürdəmir, Ucar, Yevlax, Quba, Sabirabad, Gəncə, Zaqatala filialları. Dərslər yeni təhsil sənədləri (kurikulum) əsasında hazırlanmış proqramlarla keçirilir. Abituriyentlər müxtəlif dərs vəsaitləri ilə təmin edilir. Hər ay mütəmadi olaraq Müstəqil Qiymətləndirmə Mərkəzi Kainat Tədris Mərkəzinin şagirdləri üçün  sınaq imtahanları təşkil edir.

Hər il aprel-may aylarında Kainat Tədris Mərkəzində qəbul imtahanı keçirilir. Abituriyentlər topladıqları qəbul balına əsasən cari ilin endirim paketindən istifadə edə bilərlər.

100% Endirim -> 276-300 bal

75% Endirim -> 251-275 bal

50% Endirim -> 201-250 bal

40% Endirim -> 151-200 bal

30% Endirim -> 101-150 bal

20% Endirim -> 0-100 bal

Vətən müharibəsi (1988-2020) şəhidlərinin ailə üzvlərinə bütün təhsil xidmətlərimiz (Abituriyent hazırlığı, Magistratura hazırlığı, MİQ və Sertifikasiya imtahanına hazırlıq, Dövlət qulluğu imtahanına hazırlıq, Xarici dil kursları, İbtidai sinif hazırlığı, Məktəbəqədər hazırlıq) ödənişsizdir. Şəhid qəhrəmanlarımızın I dərəcəli yaxınları (50%), Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız (75%), onların ailə üzvləri (50%) və I dərəcəli yaxınları (25%), Vətən müharibəsi iştirakçıları (50%), onların ailə üzvləri (25%) və I dərəcəli yaxınları (20%) güzəştli təhsil xidmətlərimixdən yararlana bilərlər. I dərəcəli yaxınlar: Baba,nənə, qayınata, qayınana, qayın, baldız, baldız, nəvə, qardaşı övladı, bacısı övladı. 

Kainatdasansa, uğur qaçılmazdır!