IV ixtisas qrupu

IV ixtisas qrupu

IV ixtisas qrupu üzrə qəbul imtahanı abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq Biologiya (nisbi əmsal: 1,5), Kimya (nisbi əmsal: 1,5) və Fizika (nisbi əmsal: 1) fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərə hər fənn üzrə 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal nisbi əmsalı 1,5 olan fənnlər üzrə 150 bal, nisbi əmsalı 1 olan fənnlər üzrə 100 bal olmaqla, cəmi 400 baldır. Abituriyentlər qəbul imtahanının birinci mərhələsində isə hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 bal toplaya biləcəklər.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi  təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir, bir il qüvvədə olur və yalnız cari tədris ilində abituriyentə ali təhsili müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verir.  Qəbul imtahanları hər tədris ilində 2 dəfə – yaz və yay sessiyaları şəklində keçirilir. Abituriyent hər sessiyada istədiyi ixtisas qrupu üzrə yalnız 1 imtahanda iştirak edə bilər.

 

Kainat Tədris Mərkəzində hazırlıq filiallara uyğun olaraq həftədə 3 və ya 4  dəfə, 90 dəqiqə olmaqla keçirilir. 8, 9, 10, 11-ci sinif şagirdləri üçün nəzərdə tutulan abituriyent hazırlığı Kainat Tədris Mərkəzinin aşağıda göstərilən filiallarında mövcüddur:  Nərimanov, Həzi Aslanov, Yasamal, Qarayev, Binə, Lökbatan, Sahil, Xırdalan, Salyan, Neftçala, Şirvan, Kürdəmir, Ucar, Yevlax, Quba, Sabirabad, Gəncə, Zaqatala filialları. Dərslər yeni təhsil sənədləri (kurikulum) əsasında hazırlanmış proqramlarla keçirilir. Abituriyentlər müxtəlif dərs vəsaitləri ilə təmin edilir. Hər ay mütəmadi olaraq Müstəqil Qiymətləndirmə Mərkəzi Kainat Tədris Mərkəzinin şagirdləri üçün sınaq imtahanları təşkil edir.

Hər il aprel-may aylarında Kainat Tədris Mərkəzində qəbul imtahanı keçirilir. Abituriyentlər topladıqları qəbul balına əsasən cari ilin endirim paketindən istifadə edə bilərlər.

100% Endirim -> 676-700 bal

75% Endirim -> 601-675 bal

50% Endirim -> 501-600 bal

40% Endirim -> 401-500 bal

30% Endirim -> 301-400 bal 

20% Endirim -> 0-300 bal 

Vətən müharibəsi (1988-2020) şəhidlərinin ailə üzvlərinə bütün təhsil xidmətlərimiz (Abituriyent hazırlığı, Magistratura hazırlığı, MİQ və Sertifikasiya imtahanına hazırlıq, Dövlət qulluğu imtahanına hazırlıq, Xarici dil kursları, İbtidai sinif hazırlığı, Məktəbəqədər hazırlıq) ödənişsizdir. Şəhid qəhrəmanlarımızın I dərəcəli yaxınları (50%), Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız (75%), onların ailə üzvləri (50%) və I dərəcəli yaxınları (25%), Vətən müharibəsi iştirakçıları (50%), onların ailə üzvləri (25%) və I dərəcəli yaxınları (20%) güzəştli təhsil xidmətlərimixdən yararlana bilərlər. I dərəcəli yaxınlar: Baba,nənə, qayınata, qayınana, qayın, baldız, baldız, nəvə, qardaşı övladı, bacısı övladı. 

Kainatdasansa, uğur qaçılmazdır!