İngilis dili kursu

İngilis dili kursu
  • Başlanğıc səviyyə – A1 (Beginner)

A1 (Beginner) ingilis dili səviyyəsi, Avropa Komissiyası tərəfindən fərqli dillər üçün qəbul olunmuş Avropa Dilləri Çərçivə Proqramında (CEFR) birinci səviyyədir.Praktiki olaraq tələbə A1 (Beginner)-dən əvvəlki səviyyədə ola bilər.İngiliscə öyrənməyə başlayan və ya ingiliscədən bilgisi olmanyanlar A1 (Beginner)-dən əvvəlki səviyyə hesab olunur.

  • Rəsmi CEFR qaydalarına görə A1 (Beginner) səviyyəsində olan biri:
  1. Günlük istifadə olunan çox bəsit ifadələrdən istifadə edə bilər və eyni zamanda anlaya bilər.
  2. Özünü və digərlərini təqdim edə bilər və harada yaşadığını, tanıdığı insanlar və sahib olduğu bəzi şeylər haqqında sual verib cavablaya bilər.
  3. Qarşısındakı biri yavaş və düzgün danışdıqda ünsiyyət qura bilər.
  • Başlanğıc səviyyə – A2(Elementary)

A2 (Beginner) ingilis dili səviyyəsi, Avropa Komissiyası tərəfindən fərqli dillər üçün qəbul olunmuş Avropa Dilləri Çərçivə Proqramında (CEFR) ikinci səviyyədir.CEFR-dəki rəsmi səviyyə təyin etmədə ‘’orta səviyyə’’-dir, yəni tələbələr bu səviyyədə ingiliscənin başlanğıc bilgilərini əldə etmiş və bəsit ifadələrlə günlük ehtiyaclarını qarşılayırlar.

  • Rəsmi CEFR qaydalarına görə A2 (Elementary) səviyyəsində olan biri:
  1. Tez-tez isdifadə olunan cümlələri və ifadələri(məsələn:ailə bilgiləri, alış-veriş, harada olduğunu bildirmək)anlaya bilər
  2. Bəzi və müntəzəm məsələlərdə sadə və ya birbaşa informasiya mübadiləsi tələb edən sözlərdən istifadə edə bilər.
  3. Keçmişin təsvirini, yerləşdiyi mühiti sadə ifadələrlə təsvir edə bilər.
  • Orta səviyyə – B1(Pre Intermediate)

B1(Pre Intermediate) ingilis dili səviyyəsi , Avropa Komissiyası tərəfindən fərqli dillər üçün qəbul olunmuş Avropa Dilləri Çərçivə Proqramında (CEFR) üçüncü səviyyədir.Bu səviyyə günlük istifadə dilində ‘’orta səviyyə’’ hesab olunur.Zatən Rəsmi CEFR-də də orta səviyyə hesab olunur.Tələbələr bu səviyyədə başlanğıc səviyyədən daha iləri səviyyədədirlər ancaq yenə də iş yerində ingiliscə işləmək üçün yetərli deyild və bu səviyyədə olan bir tələbə ingiliscə təhsil ala bilməz.

  • Rəsmi CEFR qaydalarına görə B1(Pre Intermediate) səviyyəsində olan biri:
  1. İşdə, məktəbdə, istirahətdə və s. müntəzəm olaraq bilinən mövzularda açıq şəkildə ifadə edilən standart şeylərin əsas nöqtələrini başa düşə bilər.
  2. İngilis dilinin danışıldığı bir bölgəyə səyahət edərkən ortaya çıxacaq  bir şeyləri çox hallarda idarə edilə bilər.
  3. Umumi və ya şəxsi marağı olan mövzularla bağlı sadə ingiliscə mətnlər yaza bilər.
  4. Təcrübə, fəaliyyət, xəyal, ümid və ambisiyalarını izah edə bilər, fikirləri və planları ilə bağlı qısa səbəblər və izahatlar verə bilər.
  • Orta səviyyə üstü – B2(Intermediate)
  • Intermediate) ingilis dili səviyyəsi , Avropa Komissiyası tərəfindən fərqli dillər üçün qəbul olunmuş Avropa Dilləri Çərçivə Proqramında (CEFR) dördüncü səviyyədir. İngiliscəsi B2(Intermediate) olan biri bu cümləni (İngiliscəmə güvənirəm) rahatlıqla deyə bilər.Rəsmi səviyyə təsviri orta üstü-dür. Tələbələr müxtəlif səviyyəli akademik və peşəkar mühitlərdə müstəqil şəkildə fəaliyyət göstərə bilərlər, həm də bu səviyyədə ingiliscə  danışarlar, lakin nüans və dəqiqlik məhduddur. B2 İngilis dili səviyyəsi iş yerində İngilis dilində işləməyə imkan verir və əlbəttə ki, beynəlxalq iş yerlərində əsas dil qeyri-ingilisdir və ingilis dilinin əksəriyyəti ingilis dilinin bu səviyyədədir. Ancaq B2 İngilis səviyyəsində çalışan bir şəxs öz sahəsindən kənarda danışarkən məna fərqlərini tam olaraq düzəldə bilməz.
  • Rəsmi CEFR qaydalarına görə B2(Intermediate) səviyyəsində olan biri:
  1. Qarışıq mətnlərin əsas ideyalarını, o cümlədən özünün peşəkar olduğu sahədə texniki müzakirələri dərk edə bilər.
  2. Ana dili İngilis dili olanlarla ünsiyyətdə rahat özünü ifadə edə bilir.
  3. Geniş mövzularda aydın və ətraflı mətnlər yaza bilər və mübahisəli mövzu ilə bağlı bir sıra mənfi cəhətləri söyləyə bilər.
  4. Ümumi siyasi vəziyyət və siyasətçilərin davranışını müzakirə edə bilər.
  • Üst səviyyə – C1(Upper Intermediate)

C1(Upper Intermediate) ingilis dili səviyyəsi , Avropa Komissiyası tərəfindən fərqli dillər üçün qəbul olunmuş Avropa Dilləri Çərçivə Proqramında (CEFR) beşinci səviyyədir. Bu səviyyə gündəlik söhbətdə “iləri saviyyə” adlandırıla bilər.Bu səviyyədə olan biri Beynalxalq imtahanlar olan IELTS-dən 6.5, və ya 7.5 TOEFL-dan isə 95-120 arası bal toplaya bilərlər.Bu səviyyədə ki, tələbələrin hazırlıq oxumadan universitetə qəbulu mümkündür.

  • Rəsmi CEFR qaydalarına görə C1(Upper Intermediate) səviyyəsində olan biri:
  1. Çətin və uzun mətnləri anlamaq və tam mənasını başa düşmək iqdidarındadir.
  2. Fikirlərini tam səlis şəkildə ifadə edir.
  3. Dili, sosial, akademik və peşəkar məqsədlər üçün çevik və səmərəli istifadə bilər.
  4. Mürəkkəb mövzularda kəskin, dolğun və ətraflı mətn yaza bilər, bağlayıcıları və digər elementləri idarəli şəkildə istifadə edə bilər.
  • Daha Üst səviyyə – C2(Advanced)

C2(Advanced) ingilis dili səviyyəsi , Avropa Komissiyası tərəfindən fərqli dillər üçün qəbul olunmuş Avropa Dilləri Çərçivə Proqramında (CEFR) altıncı səviyyədir.Yaxşı təhsil almış və ana dili ingilis dili olan biri C2(Advanced) səviyyəsindədir.İngilis dili öyrənən çox az sayda insan bu səviyyəyə çatmış olur.Bu səviyyədə olan biri IELTS-dən 8.0-9.0 arası nəticə ala bilər.

  • Rəsmi CEFR qaydalarına görə C2(Advanced)səviyyəsində olan biri:
  1. Virtual olaraq eşitdiyi və oxuduğu hər şeyi asanlıqla anlaya bilər.
  2. Məlumatı müxtəlif şifahi və yazılı mənbələrdən umumiləşdirə və müzakirələrlə, fikirlərini aydın şəkildə təqdim edə bilər.
  3. Hətta ən mürəkkəb hallarda belə olduqca rahat olaraq özünü ifadə edə və ana dili ingilis dili olan biri ilə hər-hansı bir məsələni rahat mübahisə və müzakirə edə bilər.

Ümumi İngilis dili dərslərimiz tələbənin danışıq, yazı, dinləmə, oxu bacarıqlarının inkişafı üçün nəzərdə tutulub. Dərslər qrup və ya fərdi şəkildə keçirilir. Qrupda 2-6 nəfər ola bilir (qapalı qruplarımız da olur, bu halda ödəniş tələbə sayına nəzərən dəyişir).

Dərslər həftədə uyğun olaraq 2 və ya 3 dəfə, 1.5 saat olmaqla tədris olunur. Dərslərdən əlavə hər gün danışıq klublarımız təşkil olunur. Tələbə həftə ərzində hər gün danışıq klublarımızda iştirak etmə imkanı qazanır. İlk dərs sınaq dərsi olur. Müəllim tələbələrlə tanış olur və tələbələrə proqram barədə məlumat verir. 

Hər səviyyədə 1 dəfə sınaq imtahanı olur. Səviyyənin sonunda tələbə həmin səviyyə üzrə imtahan verir və imtahanı keçdiyi halda növbəti səviyyəyə başlaya bilir.