V ixtisas qrupu

V ixtisas qrupu

V ixtisas qrupu (xüsusi qabiliyyət tələb edən ixtisaslar) üzrə qəbul imtahanı abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən qəbul imtahanı verirlər.  Bundan əlavə abituriyent V ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən orta ixtisas təhsili müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan buraxılış imtahanından ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə 60 bal toplayan abituriyentlər keçə bilərlər.

Kainat Tədris Mərkəzində hazırlıq filiallar üzrə uyğun olaraq həftədə 3 və ya 4 dəfə, 90 dəqiqə olmaqla keçirilir. 8, 9, 10, 11-ci sinif şagirdləri üçün nəzərdə tutulan abituriyent hazırlığı Kainat Tədris Mərkəzinin aşağıda göstərilən filiallarında mövcüddur: Nərimanov, Həzi Aslanov, Yasamal, Qarayev, Binə, Lökbatan, Sahil, Xırdalan, Salyan, Neftçala, Şirvan, Kürdəmir, Ucar, Yevlax, Quba, Sabirabad, Gəncə, Zaqatala filialları. Dərslər yeni təhsil sənədləri (kurikulum) əsasında hazırlanmış proqramlarla keçirilir. Abituriyentlər müxtəlif dərs vəsaitləri ilə təmin edilir. Hər ay mütəmadi olaraq Müstəqil Qiymətləndirmə Mərkəzi Kainat Tədirs Mərkəzinin şagirdləri üçün sınaq imtahanları təşkil edilir.

Hər il aprel-may aylarında Kainat Tədris Mərkəzində qəbul imtahanı keçirilir. Abituriyentlər topladıqları qəbul balına əsasən cari ilin endirim paketindən istifadə edə bilərlər.

100% Endirim -> 676-700 bal

75% Endirim -> 601-675 bal

50% Endirim -> 501-600 bal

40% Endirim -> 401-500 bal

30% Endirim -> 301-400 bal 

20% Endirim -> 0-300 bal 

Vətən müharibəsi (1988-2020) şəhidlərinin ailə üzvlərinə bütün təhsil xidmətlərimiz (Abituriyent hazırlığı, Magistratura hazırlığı, MİQ və Sertifikasiya imtahanına hazırlıq, Dövlət qulluğu imtahanına hazırlıq, Xarici dil kursları, İbtidai sinif hazırlığı, Məktəbəqədər hazırlıq) ödənişsizdir. Şəhid qəhrəmanlarımızın I dərəcəli yaxınları (50%), Vətən müharibəsində yaralanmış qəhrəmanlarımız (75%), onların ailə üzvləri (50%) və I dərəcəli yaxınları (25%), Vətən müharibəsi iştirakçıları (50%), onların ailə üzvləri (25%) və I dərəcəli yaxınları (20%) güzəştli təhsil xidmətlərimixdən yararlana bilərlər. I dərəcəli yaxınlar: Baba,nənə, qayınata, qayınana, qayın, baldız, baldız, nəvə, qardaşı övladı, bacısı övladı. 

Kainatdasansa, uğur qaçılmazdır!