Cahangirov Elbəyi

Cahangirov Elbəyi

Cahangirov Elbəyi Cahangir oğlu 15.11.1999-cu il tarixində Gəncə şəhərində anadan olmuşdur. 2005-ci ildə Gəncə şəhər 11 saylı tam orta məktəbə daxil olub 2016-cı ildə həmin məktəbi bitirmişdir.

2016-cı ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Dövlət Aqrar Universitetinin "İqtisadiyyat" ixtisasına daxil olub 2020-ci ildə bitirmişdir. 2020-ci ildə magistr dərəcəsi üzrə Dövlət İdarəçilik Akademiyasının "İqtisadiyyatın dövlət tənzimlənməsi" ixtisasına daxil olmuş və 2022-ci ildə bitirmişdir. 03.10.2023-cü il tarixindən Kainat Tədris Mərkəzinin Gəncə filialında məntiq müəllimi işləyir.