Xasayeva Zərifə

Xasayeva Zərifə

Xasayeva Zərifə Elçin qızı 13.09.1993-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1999-cu ildə Gəncə şəhər 46 saylı məktəbin 1-ci sinfinə daxil olmuşdur. Yaşayış ünvanını dəyişdirdiyinə görə təhsilini Gəncə şəhər 20 saylı məktəbdə davam etdirmişdir. 2010-cu ildə həmin məktəbi bitirmişdir. 2010-cu ildə Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin filologiya ixtisasına qəbul olmuşdur. 2017-ci ildə GDU-nun Əlavə təhsil və yenidən hazırlanma şöbəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasını bitirmişdir. 2018-ci ildən 2021-ci ilədək Laçın rayon Nərmaniya kənd ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləmişdir. 2021-ci ildən bu günədək Samux rayon Köbər kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir 2022-ci ildən Kainat Tədris Mərkəzinin Gəncə filialında Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir.