Rəhimova Əsmər

Rəhimova Əsmər

 

Mən Rəhimova Əsmər Ələskər qızı 1997-ci il 24 iyun tarixində Quba şəhərində anadan olmuşam. 2003-cü ildə Quba şəhər Hacıbaba Əliyev adına 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişəm. Həmin ildə universitetə sənəd verərək, Bakı Dövlət Universitetinin Fizika fakultəsinin fizika müəllimliyi ixtisasına qəbul olmuşam. 2018-ci ildə bakalavr təhsilimi bitirərək magistraturaya sənəd vermişəm və Bakı Dövlət Universitetinin “Maddə quruluşu” kafedrasının “Radiasiya materialşünaslığı” ixtisaslaşmasına daxil olmuşam. 2020-ci ildə magistr təhsilimi fərqlənmə diplomu ilə bitirmişəm. 24 sentyabr 2021-ci ildən Kainat Tədris Mərkəzinin Quba filialında, 29 sentyabr 2021-ci ildən Quba rayon Gültəpə kənd ümumi orta məktəbində, 15 sentyabr 2023-cü ildən isə Quba rayon fizika, riyaziyyat və informatika təmayüllü liseydə fizika fənni üzrə müəllim işləyirəm.