Əlili Bəhruz

Əlili Bəhruz

 

Mən Əlili Bəhruz İsa oğlu 1996-cı il avqust ayının 9-da Ağdam şəhərində anadan olmuşam. 2002-ci ildə Bakı şəhəri Binəqədi rayonu Rövşən İmanov adına tam orta məktəbin birinci sinfinə daxil olmuşam. 2011-ci ildə təhsilimi Ağdam şəhəri Səfərli qəsəbəsi 91 saylı tam orta məktəbdə davam etdirmişəm. 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirərək ADPU-nun Ağcabədi filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olmuşam. 2017-ci ildə bakalavr təhsilimi bitirmişəm. 2017-2018-ci illərdə hərbi xidmətdə olmuşam. 2021- ci ildə MİQ imtahanında maksimum 60 baldan 52 bal toplayaraq Quba rayon Aşağı Tüləkəran kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi təyin olunmuşam. 2022-ci il 5 sentyabr tarixindən Kainat Tədris Mərkəzi Quba filialında Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edirəm.