Həsənov Teymur

Həsənov Teymur

Mən Həsənov Teymur Alim oğlu 1977- ci il yanvarın 8- də Neftçala rayonunda anadan olmuşam. 1984- cü ildə Neftçala rayonu Z. Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbin 1-ci sinfinə qəbul olunmuşam. 1994-cü il ildə həmin məktəbin 11-ci sinfini bitirmişəm. 1994-cü ildə ADPU-nun coğrafiya fakultəsinə daxil olmuş 1998-ci ildə həmin ali məktəbi bitirmişəm. 1998- ci ildə həmin ali məktəbi bitirmişəm.

1998-ci ildə Neftçala rayonu Aşağı Surra kənd natamam orta məktəbində müəllim kimi fəaliyyətə başlamışam. 1999-2000- ci illər ərzində hərbi xidmətdə olmuşam.2001- ci ildən Neftçala rayonu Z. Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyətimi davam etdirmişəm. Hal-hazırda da həmin məktəbdə işləyirəm. 2008-2011- ci illər ərzində ADPU-nun coğrafiya fakultəsinin magist pilləsində qiyabi təhsil almışam.

2004-cü ildə ailə həyatı qurmuşam. Iki məktəbli övladım var. Yoldaşımda müəllimdir.

   Atam - Həsənov Alim Abbasqulu oğlu 1952- ci ildə anadan olub. 1981- ci ildə rəhmətə getmişdir.

   Anam- Həsənova Qiymət Məzahim qızı 1956- cı ildə anadan olmuşdur. Təqaüdçüdür.

   Bacım Əliyeva (Həsənova) Həbibə Alim qızı 1979- cu ildə anadan olmuşdur. Ailəlidir, iki övladı var. Evdar qadındır.