Hüseynova Aytən

Hüseynova Aytən

Hüseynova Aytən Zeynalabdin qızı- 1976-ci il 24 Mart Salyan rayonunda anadan olmuşam. 1983-1993- çü illərdə Salyan rayon 3 saylı orta məktəbi bitirmişəm. 1994- çü il BDU-nun Filologiya fakultəsinə qəbul olunmuşam və 1998- çi ildə fərqlənmə diplomu ilə bitirmişəm. Həmin ildə BDU-nun həmin fakutəsi üzrə Magistraturaya daxil olmuşam və 2000-çi ildə də oranı fərqlənmə diplomu ilə bitirmişəm. Magistr təhsili alarkən Bakı şəhəri Nəsimi rayonunda yerləşən 41 saylı məktəbdə texniki işçidən başlayaraq müəllim vəzifəsinə qədər işləmişəm. 2000- çi ildən Salyan rayon Qızılağac kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi işləyirəm, 2008-çi ildən də Salyan rayonunda yerləşən İnternat tipli Gimnaziyada Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyirəm. 2011-çi ildən isə Salyan rayonunda açılan Kainat Tədris Mərkəzində Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində çalışıram. Ailəliyəm, iki uşaq anasıyam. Yarımçıq qalmış elmi işim, esselerim var.