Mustafayeva Mehriban

Mustafayeva Mehriban

Mustafayea Mehriban Rafiq qızı 7 dekabr 2001-ci il tarixində Yevlax şəhərində anadan olmuşam. 2008-ci ildə Yevlax şəhəri S.Əliyev adına 1 saylı tam orta məktəbə daxil olmuşam, 2019-cu ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişəm. 2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına daxil olaraq 2023-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişəm. Məktəb və universitet illərimdə bir çox diplom və fəxri fərmanlarla təltif olunmuşam. Qələm İnkişaf Qurumunun təşəbbüsü ilə keçirilən müsabiqədə “ Ayın ən yaxşı əsəri ”nin müəllifi seçilmişəm. ADPU, YAP, GB nəzdində fəaliyyət göstərən Layihələr şöbəsinin təşkilatçılığı ilə hazırlanan “ Wattpad aləminin rolu ”, “ Zaman ən dəyərli xəzinədir ”,“ Mən gələcəyin müəllimi kimi ” adlı inşa və esse müsabiqəsində 1-ci yer tutduğuma görə diplomlarla təltif olunmşam. ADPU Tələbə Elmi Cəmiyyətində “ R.Yusifoğlunun yaradıcılığında uşaq şeirləri ” məqaləmlə iştirakıma görə sertifikatla təltif olunmuşam. 2023-cü ildən Yevlax Şəhər Kainat Tədris Mərkəzində Azərbaycan dili müəlliməsi olaraq çalışıram.