Dadaşova Gülnar

Dadaşova Gülnar Rafiq qızı, 17 iyun 1988-ci ildə Salyan rayonunda
anadan olmuşam. 1994-cü ildə Salyan rayon 3 saylı orta məktəbin 1-ci sinfinə
daxil olmuşam. 2005-ci ildə orta məktəbi bitirmişəm.
2007-ci ildə Gəncə Dövlət Universitetinin “Filologiya” fakültəsinin
“Azərbaycan dili və ədəbiyyat” ixtisasının qiyabi şöbəsinə qəbul olmuşam. Qiyabi
təhsil aldığım üçün 05.02.2009-cu ildə AMİ-nin Salyan filialında operator
vəzifəsinə təyin olunmuşam. Həmin ilin sentyabr ayında “Humanitar fənlər və
onların tədrisi metodikası” kafedrasına baş laborant vəzifəsinə təyin olmuşam.
2012-ci ildə GDU-nu bitirdikdən sonra filialda “Pedaqoji” fakültəyə
metodist, 2013-cü ildə isə “Kredit sistemi və tələbə nailiyyətlərinin
qiymətləndirilməsi” kabinetinə metodist təyin edilmişəm.
13.08.2015-ci ildə AMİ-nin Salyan filialının bağlanması ilə əlaqədar olaraq
işdən azad olmuşam.
01.12.2015-ci ildə Salyan UGŞİM-ə məşqçi-müəllim kimi işə qəbul
olmuşam. 01.05.2019-cu ildə öz ərizəmə əsasən işdən azad olmuşam.
10.02.2023-cü ildə Salyan rayon Kolanı kənd məktəbində “Azərbaycan dili
və ədəbiyyat” müəllimi kimi müddətli müqavilə ilə işə başlamışam və tədris ilinin
sonunda müqaviləmin müddəti bitdiyi üçün işimə xitam verilib.
Hal-hazırda Salyan rayon Yolüstü kənd M.İsmayılov adına tam orta
məktəbdə “Azərbaycan dili və ədəbiyyat” fənnini tədris edirəm. Bununla yanaşı
“Kainat TM”-nin Salyan filialında da “Azərbaycan dili” fənnini tədris edirəm.
Atam – Dadaşov Rafiq Abdulhəsən oğlu 1957-ci ildə Salyan rayonunda
anadan olub. Ali təhsillidir. Hal-hazırda təqaüdçüdür. Özəl işlə məşğuldur.
Anam – Dadaşova Kəmalə Sabir qızı 1961-ci ildə Salyan rayonunda anadan
olub. Ali təhsillidir. Hal-hazırda Salyan şəhər Bələdiyyəsində mühasib vəzifəsində
çalışır.
İmza: Dadaşova Gülnar