Quliyeva Səbinə

Quliyeva Səbinə

Mən Quliyeva Səbinə Şahin qızı 1996-cı il fevral ayının 29-da Quba rayonu Aşağı-Xuc kəndində anadan olmuşam.2003-cü ildə Quba rayonu Aşağı-Xuc kəndi Nəsib Dadaşov adına tam orta məktəbin birinci sinfinə getmişəm.2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirərək ADPU-nun Quba filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına qəbul olmuşam.2018-ci ildə bakalavr təhsilimi bitirmişəm.2022-ci ildə MİQ imtahanında 62 bal toplayaraq Quba rayon Hacıqayıb kənd tam orta məktəbində müddətli müqavilə şərtləri əsasında işləmişəm.Eyni zamanda Quba rayonu Şahdağ kursunda Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişəm.2023 -cü il oktyabr ayının 16-dan Quba rayon İsnovqışlaq kənd tam orta məktəbində müddətli müqavilə əsasında işə qəbul olmuşam.2023 -cü il 9 oktyabr tarixindən Kainat Tədris Mərkəzi Quba filialında Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə müəllim kimi fəaliyyət göstərirəm.