Sultanov Şayəddin

Sultanov Şayəddin

 

Mən Sultanov Şayəddin Balaməmməd oğlu 1997-ci il sentiyabır ayının 27-də Quba rayon Təngəaltı kəndində anadan olmuşam. 2004-cü ildə Quba rayon Təngəaltı kənd Rizvan Cəbrayılov adına tam orta məktəbin 1-ci sinifinə daxil olmuşam. 2015-ci ildə həmin məktəbin 11-ci sinifini bitirərək Qafqaz universitetinin Riyaziyyat və informatika müəllimliyi (Eng) ixtisasına qəbul olmuşam. 2017-ci ildən Təhsilimi BMU- də davam etdirmişəm. 2020-ci ildə bakalavr təhsilimi bitirmişəm. 2020-2021-ci illərdə hərbi xidmətdə olmuşam. 2021-ci ildə daxili imtahanda 100 baldan 83.5 bal toplayaraq Bakı şəhər Xətai rayonu Nəsrəddin Tusi adına özəl məktəbə qəbul olmuşam. 2023-cü ildə işdən ayrılmışam. 2023-cü il 16 oktyabr tarixində Kainat tədris mərkəzi Quba filialılında riyaziyyat və məntiq fənlərini tədris edirəm.