Qazıyeva Əsmər

Qazıyeva Əsmər

 Qazıyeva Əsmər Azər qızı 30 Avqust 1999-cu ildə Zaqatala rayonu Aşağı Tala kəndində anadan olmuşam. 2005-ci ildə Aşağı Tala kənd 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2016-cı ildə həmin məktəbdən attestat alaraq məzun olub, 536 balla Azərbaycan Dillər Universitetinin (ADU) “İngilis dili müəllimliyi” ixtisasına daxil olmuşam. 2020-ci ildə həmin ixtisası bakalavr diplomu alaraq bitirmişəm. 2021-2022-ci tədris ili ərzində Ağdam rayon 152 saylı tam orta məktəbdə (məktəb Zaqatalada yerləşir) müqaviləli əsaslarla (6 ay) ingilis dili müəllimi kimi fəaliyyət göstərmişəm. Müqaviləm bitdikdən sonra 2022-ci ildə Müəllimlərin işə qəbulu (miq) imtahanında iştirak edib 75 bal toplayaraq daimi əsaslarla Zaqatala rayonu Qımır kənd tam orta məktəbində ingilis dili müəllimi kimi fəaliyyətə başlamışam. Hal-hazırda həmin məktəbin ingilis dili müəllimiyəm. 2023-cü il sentyabr ayında Kainat Tədris Mərkəzində müəllimlərin işə qəbul imtahanında iştirak edərək həmin kursda müəllim kimi çalışmaq hüququ qazanmışam. Hal-hazırda Kainat Tədris Mərkəzində İngilis dili müəllimi kimi fəaliyyət göstərirəm