Qurbanova Mərziyə

Qurbanova Mərziyə

 Mərziyə İbrahim qızı Qurbanova 29.03.1994-cü ildə Zaqatala şəhərində anadan olmuşam. 2000-ci ildə Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2011-ci ildə orta məktəbi bitirib elə həmin ildə dövlət sifarişi ilə Bakı Dövlət Universiteti Filologiya fakültəsi Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasına qəbul olunmuşam. 2015-ci ildə bakalavriat səviyyəsini bitirib, eyni ildə dövlət sifarişi ilə magistratura səviyyəsinə Bakı Dövlət Universiteti Filologiya fakültəsi Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olunmuşam. Tələbəlik illərində bir çox Respublika və beynəlxalq konfranslarda çıxış etmiş, diplom və sertifikatlarla təltif olunmuşam. 2017-ci ildə magistratura səviyyəsini qırmızı diplomla bitirmişəm. 2018-2019-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində yenidənhazırlanma təhsili almışam.

2019-cu ildə Müəllimlərin işə qəbulu imtahanında iştirak edərək 55 balla müddətli müqavilə ilə Zəngilan rayon 1 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi işə qəbul olunmuşam. 2021-ci ildə Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək 54 balla müddətsiz müqavilə ilə Zaqatala şəhər Vətən Müharibəsi Qəhrəmanı İ.Səmədov adına 5 nömrəli tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi işə qəbul olunmuşam. Hal-hazırda həmin məktəbdə işləyirəm. 018-ci ildə MM Akademiya tədris mərkəzində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi işə qəbul olunmuş, 2019-cu ildə ailə vəziyyətimlə əlaqədar işdən ayrılmışam. 2022-ci ildə Kainat Tədris Mərkəzində Müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə əldə etmiş, 2023-cü ilin avqust ayından isə Mərkəzdə çalışma hüququ qazanmışam. Hazırda Mərkəzdə Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərirəm.