Musayev Təhran

Musayev Təhran

 

Mən Musayev Təhran İmam oğlu 1995-ci il oktyabrı ayının 1 də Quba rayon Haput kəndində anadan olmuşam. 2002-ci ildə Haput kənd iptidai məktəbin birinci sinfinə daxil olmuşam. 2006 cı ildə təhsilimi Əlik kənd R. Mançarov adına ümumi orta məktəbinin 5 ci sinifnə daxil olmuşam. 2007 ci ildədən təhsilimi Quba rayon Amsar kənd tam orta məktəbində davam etdirmişəm. 2011 ci ildən isə Quba rayon Xınalıq kənd R. Kəlbiyev adına tam orta internat məktəbində təhsil almışam. 2013-cü ildə həmin məktəbin 11-ci sinfini bitirdikdən sonra 2013 cü il Oktyabr 2015 ci il aprel həqiqi hərbi xidmətə olmuşam. Hərbi xidməti bitirdikdən sonra 2016 ci il ADPU-nun Quba filialının Tarix və Coğrafiya müəllimliyi ixtisasına qəbul olmuşam. 2021 ci ildə bakalavr təhsilimi bitirmişəm. Həmin il müddətli müqavilə əsasında Yerfi kənd ümumi orta məktəbində Coğrafiya müəllimi kimi fəaliyyət göstəmişəm. . 2022 2023 cü ildə Quba rayon Qarxun kənd Famil Bayramov adına ümumi orta məktəbdə müddətli müqavilə əsasında müəllim olaraq fəaliyyət göstərmişəm. Hal hazırda heç bir orta məktəbdə çalışmıram. 2023 sentyabr ayından Kainat tədris mərkəzinin Quba filialında fəaliyyət göstərirəm.