Zeynalova Nuriyyə

Zeynalova Nuriyyə

Mən, Nuriyyə Zeynalova 1996-cı il mayın 28-də Salyan rayon Quyçu kəndində anadan olmuşam. 2003-2014-cü illər ərzində Salyan rayon Qızılağac kənd tam orta məktəbində təhsil almışam. 2014-2018-ci illər ərzində Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bakalavr təhsili almışam. 2018-ci ildə Yardımlı rayonu Şovut kənd ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışmışam. 2019-cu ildə həmin məktəbdə işdən ayrılmışam. 2021-2022-ci illərdə Masallı rayon 4 saylı tam orta məktəbində Peşə Təmayüllü siniflərə qrup rəhbəri vəzifəsində çalışmışam. 2022-2023-cü illərdə Neftçala rayon Şorkənd kənd F. Mayılov adına ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi olaraq müddətli müqavilə əsasında çalışmışan. Hal-hazırda Salyan rayon Marışlı kənd R. Qafarov adına tam orta məktəbində və Kainat Tədris Mərkəzi Salyan filialında Azərbaycan dili və ədəbiyyatı müəllimi olaraq fəaliyyət göstərirəm.