Fərzalıyev Alı

Fərzalıyev Alı

Fərzəliyev Alı Yusif oğlu 21.07.1995-ci ildə Sabirabad rayon Yuxarı Axtaçı kəndində anadan olmuşam. 2001-ci ildə Sabirabad rayon Yuxarı Axtaçı kənd tam orta məktəbinə daxil olub 2012-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişəm. 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasına qəbul olub 2020-ci ildə oranın məzunu olmuşam. Üç il müddətli müqavilə əsasında müxtəlif məktəblərdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışmışam. 2023-cü ilin iyul ayında keçirilən MİQ imtahanından uğur qazanaraq Sabirabad rayon Muradbəyli kənd tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunmuşam. Bu ilin mart ayından etibarən Kainat Tədris Mərkəzinin Sabirabad filialında müəllim kimi fəaliyyətə başlamışam.