Yusifova Sara

Yusifova Sara

 Sara Yusifova 23 noyabr 1996-cı ildə Zaqatala rayon, Faldarlı kəndində anadan olmuşam. 2003-2014 cü illərdə Faldarlı kənd tam orta məktəbində təhsil almışam. 2014 cü ildə Azərbaycan Dillər Universitetinin xarici dil ( ingilis dili müəllimliyi) ixtisasına 590 balla qəbul olmuşam. Qəbul imtahanındakı nəticəmə görə “ Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüşəm. 2018-2019-cu illərdə OXU Tədris mərkəzində və Talk-to-Talk Academy-də General English dərsləri tədris etmişəm. 2020-ci ildə Zaqatala Kainat Tədris Mərkəzi və Modern Tədris Mərkəzində abituriyent hazırlığı üzrə ingilis dili müəllimi kimi fəaliyyət göstərmişəm. 2020-2022ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura təhsil pilləsini MBA,Maliyyə üzrə ingilis sektorunu bitirmişəm. Həmin dövrdə Master NR1 Tədris Mərkəzində magistratura hazırlığı üzrə, Greatford Hazırlıq Mərkəzində abituriyent hazırlığı üzrə ingilis dili müəllimi kimi fəalliyyət göstərmişəm. 2022-2023-cü tədris ilində MİQ imtahanı ilə Zaqatala rayon Mamrux məktəbində müddətli müqavilə ilə işləmişəm.Universitetdə oxuduğum və universiteti bitirdikdən sonrakı bu dövrlər ərzində “Traning for teachers”, “Qoşa Saat”, “ Strategies and Innovation in English Language Teaching “,Impact of Pedagogy Teacher Training Programs on Foreign Language English Teachers” “ELT at NC Satate 2023” kimi bir sıra təlim, seminar və konfranslarda iştirak etmişəm. 2022-ci ilin sentyabrından Kainat Tədris Mərkəzinin Zaqatala filialında ingilis dili müəllimi kimi fəaliyyət göstərirəm.