Əliyeva Ləman

Əliyeva Ləman

Əliyeva Ləman Murad qızı 2001-ci ildə martın 13-də Salyan rayonunda anadan olmuşam. 2007-ci ildə Salyan rayon 4 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşam. 2018-ci ildə məktəbi bitirib, 547 balla BDU-nun Riyaziyyat müəllimliyi ixtisasına qəbul olmuşam. 2022-ci ildə ali təhsilimi uğurla başa vurmuşam. 2023-cü ildə MİQ-də iştirak edib, Neftçala rayonu Aşağı Surra ümumi orta məktəbində müəllimlik fəaliyyətinə başlamışam. 2023-cü ilin sentyabr ayından Kainat Tədris Mərkəzinin Salyan filialında riyaziyyat müəllimi kimi işləməyə başlamışam.

Ailəmiz 4 nəfərdən ibarətdir.

Atam-Əliyev Murad Ayaz oğlu 1972-ci ildə Sabirabad rayonunda anadan olmuşdur. Neft şirkətində qazmaçıdır.

Anam-Əliyeva Gülnar Nurəddin qızı 1981-ci ildə Sabirabad rayonunda anadan olmuşdur. Evdar qadındır.

Qardaşım-Əliyev Ülvi Murad 1999-cü ildə Sabirabad rayonunda anadan olmuşdur. Bank işçisidir.