Xamıyeva Aysel

Xamıyeva Aysel

Xamiyeva Aysel Rəfail qızı 11.12.1992-ci ildə Bakı şəhəri Sahil qəsəbəsində anadan olmuşdur. 1999-2008-ci illərdə Bakı şəhəri Lökbatan qəsəbəsi Neftçi Qurban adına 288 N-li tam orta məktəbdə, 2008-2012-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində Xarici dil fakültəsi, İngilis dili müəllimliyi ixtisası üzrə subbakalavr, 2013-2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Tarix-coğrafiya fakültəsi, Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə bakalavr, 2018-2020-ci illərdə Azərbaycan Kooperasiya Universitetində Coğrafiya fakültəsi, İqtisadi və sosial coğrafiya ixtisası üzrə magistr təhsili almışdır. 2018-2023-cü illərdə Yardımlı rayonu Osnakəran kənd tam orta məktəbində Coğrafiya müəllimi vəzifəsində çalışmışdır. 2023-cü ildən Kainat Tədris Mərkəzində Coğrafiya müəllimi vəzifəsində çalışır