Mustafayeva Töhfə

Mustafayeva Töhfə

        Mustafayeva Töhfə Məzahim qızı 1985-ci il yanvar ayının 19-da Salyan rayon Marışlı kəndində anadan olmuşam. Orta təhsilimi Ə.Kürçaylı adına 7 saylı tam orta məktəbdə almışam. 2002-ci ildə orta məktəbi bitirib Azərbaycan Müəllimlər İnistitutunun Salyan filialının ″İbtidai təhsilin metodikası və pedaqoqikası″ fakultəsinə daxil olmuşam. Oranı bitirdikdən sonra Uşaq Gənclər İnkişaf Mərkəzində dərnək rəhbəri vəzifəsində çalışmağa başlamışam. Hal-hazırda orda işləməyə davam edirəm. 2019-cu ildən İcma əsaslı məktəbəqədər təhsil layihəsində icma müəlliməsi kimi fəaliyyət göstərirəm. Fəaliyyətimi Ə.Kürçaylı adına texniki fənlər təmayüllü məktəb liseydə davam etdirirəm. Bu müddətdə Təhsil İnistitutu Elm və Təhsil Nazirliyinin təşkil etdiyi bir çox kurslarda iştirak edib sertifikatlar almışam. 2023-cü ildən may ayından Kainat Tədris Mərkəzinin Salyan filialında müəllim kimi fəaliyyət göstərirəm. Ailəliyəm, iki övladım var.

        Həyat yoldaşım Mustafayev Xəyyam Məmməd oğludur. Orta təhsillidir. Hal-hazırda işsizdir.Qızım Mustafayeva Nərmin Xəyyam qızı 2007-ci ildə doğulub. Məktəblidir. On birinci sinifdə oxuyur. Oğlum Mustafayev Məzahim Xəyyam oğlu 2008-ci ildə anadan olmuşdur. Məktəblidir. Onuncu sinifdə oxuyur.