Rzayeva Rübeydə

Rzayeva Rübeydə

 Rzayeva Rübeydə Zərbalı qızı 29 avqust 1997-ci ildə Neftçala rayonu Qədimkənd kəndində anadan olmuşam. Ailəliyəm bir övladım var. 2003-2004-cü tədris ilində neftçala rayon A.Cəfərov adına Astanlı kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2013-2014-cü tədris ilində Neftçala rayon S.Kərimov adına Qədimkənd kənd tam orta məktəbinin XI sinfini müvəffəqiyyətlə bitirmişəm. 2014-cü ildə ADPU-nun Fizika müəllimliyi ixtisasına qəbul oldum.2018-ci ildə bu universiteti bitirmişəm. Həmin ildə MİQ-də 51 bal toplayaraq Salyan şəhər 5 saylı ümumi orta məktəbində Fizika müəllimi kimi fəaliyyət göstərirəm. 2023-cü ildə Kainat kursunda MİQ imtahanında iştirak etmiş və 4 oktyabrdan məntiq müəllimi kimi fəaliyyət göstərirəm. Ailəm 3 nəfərdən ibarətdir. Mən, yoldaşım və övladım. Yoldaşım 1992-cı ildə 14 iyul tarixində anadan olub. Hazırda Salyan rayonunda Yanğın söndürmə idarəsində FHN işləyir. Övladım 2022-ci il 11 apreldə doğulub, hazırda 1,5 yaşı var