Həsənova Gülnar

Həsənova Gülnar

 Həsənova Gülnar Akif qızı.12 fevral 1991-ci il Bakı şəhəri Binə qəsəbəsi,Hövsan Südçülük Sovxozunda anadan olmuşam.1996-cı ildə Rəşid Baxışov adına 218 sayılı məktəbin birinci sinfinə getmişəm.Məktəbimiz 9 illik olduğu üçün 2006-2008-ci illəri Binə qəsəbəsi 136 sayılı məktəbdə oxumuşam.2008-ci ildə Bakı Avrasiya Universitetinin Filologiya ( Azərbaycan dili və ədəbiyyatı ) fakültəsinə daxil olmuşam.2012-ci ildə Universiteti bitirib müxtəlif kurslarda Azərbaycan dili və ədəbiyyat müəllimi kimi işləmişəm. 2015-2018-ci illər, Hədəf kursunda,2019-2021-ci illər Nömrə 1 Tədris mərkəzində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişəm.2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Azərbaycan dili və ədəbiyyatının metodikası və metodologiyası" ixtisası üzrə magistr təhsili almışam.Eyni zamanda 2019-cu ildən Dövlət imtahan mərkəzinin marker müəllimi və 9 ildir repetitor kimi çalışıram.