Məmmədova Təranə

Məmmədova Təranə

Təranə Məmmədova İlham qızı, 1991-ci il may ayının 6-da Zaqatala rayonu, Aşağı Tala kəndində anadan olmuşam. 1997-ci ildə Zaqatala rayonunun Aşağı Tala 1 nömrəli tam orta məktəbinə daxil olmuş, 2008-ci ildə isə məktəbin 11 sinfini bitirmişəm. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olmuşam. 2009-cu ildən Zaqatala rayonu, Yuxarı Tala kənd 4 nömrəli tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi fəaliyyət göstərirəm. 2013-cü ildə isə universiteti bitirmişəm. 2022-ci ilin iyun ayında Kainat Tədris Mərkəzinin Müəllimlərin işə qəbulu imtahanında yüksək nəticə göstərmiş, elə həmin ilin sentyabrından Mərkəzdə Azərbaycan dili və Ədəbiyyat müəllimi olaraq fəaliyyət göstərirəm.