Həsənov Sakit

Həsənov Sakit

Həsənov Sakit Məhərrəm oğlu 15.XI.1980 -ci il tarixdə Azərbaycan respublikası Zaqatala rayonu Mamrux kəndində, müəllim ailəsində anadan olmuşam. 2002 ci ildə Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialına qəbul olmuş, 2006-cı ildə tarix ixtisası üzrə həmin institutu bitirmişəm. 2006 cı ildən Zaqatala rayon Mamrux kənd tam orta məktəbində tarix müəllimi işləyirəm. Müxtəlif vaxtlarda Zaqatala rayonunun Ələsgər kənd əsas məktəbi, Gözbarax kənd tam orta məktəbi, ADPU Zaqatala filialında tarix müəllimi ixtisası üzrə fəaliyyət göstərmişəm. 2009 cu ildə ali təhsilin magistratura pilləsi üzrə Azərbaycan Dövlət Pedaqoji Univesitetinə qəbul olmuş, 2012-ci ildə həmin universiteti bitirərək "Tarixin tədrisi metodikası" ixtisası üzrə magistr dərəcəsini almışam. Ölkə və xarici dövlətlərdə təşkil edilmiş bir çox təhsil layihələri və proqramlarının iştirakçısı olmuşam. Pedaqoji fəaliyyətimdəki ugurlarıma görə Şəki – Zaqatala RTİ və Azərbaycan Respublikası Təhsil və Elm Nazirliyi tərəfindən fəxri fərmanlarla təltif edilmişəm. Hazırda Zaqatala Rayon Mamrux kənd tam orta məktəbində və Zaqatala Kainat Tədris Mərkəzində müəllim olaraq fəaliyyət göstərirəm. Ailəliyəm, iki övladım var.