Mustafazadə Səba

Mustafazadə Səba

Mustafazadə Səba Araz qızı 14 aprel 1999-cu ildə Oğuz rayonunda anadan olmuşdur. O, 2005-ci ildə Oğuz rayonunun Xaçmazqışlaq kənd tam orta məktəbinə daxil olmuş və 2016-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.

Elə həmin il Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinə qəbul olaraq Xarici dil müəllimliyi ixtisası üzrə ali təhsil almağa başlamışdır. 2020-ci ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə tamamlamış və təhsilini həmin universitetin Xarici dilin tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistratura pilləsində davam etdirmişdir. 2022-ci ildə magistr təhsilini də yüksək göstəricilərlə bitirərək fərqlənmə diplomu ilə məzun olmuşdur.

2020-ci ildən etibarən Kainat Tədris Mərkəzində ingilis dili müəllimi kimi fəaliyyət göstərməkdədir. Bununla yanaşı, Müstəqil Qiymətləndirmə Mərkəzində ekspert, Dövlət İmtahan Mərkəzində isə esse marker kimi fəaliyyət göstərir.

2024-cü ildə Qərbi Kaspi Universitetində Elm və İnnovasiyalar Departamentində mütəxəssis, eyni zamanda İngilis dili şöbəsində müəllim vəzifəsində çalışmışdır.