Kərimova Nəzakət

Mən Kərimova Nəzakət Elçin qızı 23.02.1994-cü ildə Salyan şəhərində anadan olmuşam. 2011-ci ildə Salyan şəhər Nizami Gəncəvi adına 2 saylı orta məktəbi bitirmişəm. 2012-ci ildə Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakultəsinə daxil olmuşam. Həmin illərdə özəl kurslarda dərs demişəm. 2016-cı ildə universiteti bitirmişəm.
Ailəliyəm, bir övladım var.
Atam-Cəfərov Elçin Fəqail oğlu 1967-ci ildə Salyan rayonunda anadan olub. Maşın ustasıdır
Anam-Cəfərova Xanım Adıbala qızı 1972-ci ildə Salyan rayonunda anadan olub. Evdar xanımdır
Bacım-Cəfərova(Abbasova) Nərmin Elçin qızı 1995-ci ildə Salyan rayonunda anadan olmuşdur. Evlidir, hal-hazırda işləmir.
Yoldaşım-Kərimov Ağakərim Cavanşir oğlu 1993-cü ildə Salyan rayonunda anadan olmuşdur. Hərbiçidir.
Övladım-Kərimli Əli Ağakərim oğlu 2022-ci ildə bakı şəhərində anadan olmuşdur.
2024-cü ilin sentyabr ayından Kainat Tədris Mərkəzinin Salyan filialında çalışmağa başlamışam.