Əliyeva Könül

Əliyeva Könül

Mən, Əliyeva Könül Fəxrəddin qızı, 24.10.1992-ci ildə Sabirabad rayon Həsənli kəndində anadan olmuşam. 1999-cu ildə həmin kəndin tam orta məktəbinin 1-ci sinifinə daxil olmuşam. 2010-cu ildə 11-ci sinifi bitirib Bakı Müəllimlər İnstitutun Riyaziyyat və İnformatika fakültəsinə daxil olmuşam. 2010-2014-cü illərdə universiteti bitirmişəm. 2014-cü ildə "Müəllimlərin İşə Qəbul" imtahanında yüksək bal toplayaraq Saatlı rayon Yeni Novruzlu kənd ümümitəhsil məktəbinin Riyaziyyat və İnformatika müəllimliyinə başlamışam. Tələbə olduğum 2012-2014-cü illərdə "Prestij-S" tədris mərkəzində Riyaziyyat müəllimi işləmişəm. Pedaqoji fəaliyyətimin 12-ci ilinə başlamışam.

12.09.2025 - ci - ildə Kainat Tədris Mərkəzinin Sabirabad filialinda Riyaziyyat müəllimi kimi fəaliyyətə başlamişam.