Hüseynov Şərif

Hüseynov Şərif

Hüseynov Şərif Kamran oğlu 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2001–2012-ci illərdə Lənkəran rayonu, Viyən kənd tam orta məktəbində təhsil almışdır. 2013–2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Tarix müəllimliyi ixtisası üzrə bakalavr təhsili almışdır. 2017-ci ildə Azərbaycan Universitetinin “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisası üzrə magistratura pilləsinə qəbul olunmuş və 2019-cu ildə magistr təhsilini tamamlamışdır.

 

2019-cu ildə Azərbaycan Universitetində Hüquqşünas köməkçisi vəzifəsində əmək fəaliyyətinə başlamış, 2023-cü ilə qədər həmin vəzifədə çalışmışdır. 2020-ci ildən Suraxanı rayonu, 280 nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsində fəaliyyət göstərir. Bundan əlavə, 2025-ci ildən Kainat Tədris Mərkəzində Tarix müəllimi kimi çalışır.