Quluzadə Həyat

Quluzadə Həyat

Quluzadə Həyat Ceyhun qızı 13.01.1997-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 2003-2014-cü illərdə Beyləqan rayon, 2ci Şahsevən kənd D. Əliyev adına tam orta məktəbdə, 2014-2018-ci illərdə Azərbaycan Dillər Universitetində İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili almışdır. 2019-cu ildə həmin universitetin Dilşünaslıq (İngilis dili üzrə) ixtisası üzrə magistratura pilləsinə qəbul olmuşdur və 2021ci ildə fərqlənmə diplomu ilə məzun olmuşdur. 2019-cu ildən Kainat Tədris Mərkəzində İngilis dili müəllimi ( abituriyent, magistratura, general english bölmələri üzrə) kimi çalışır.

Eyni zamanda, 2022-2023 və 2023-2024- cü illərdə magistratura səviyyəsi üzrə sual tərtibatçısı kimi fəaliyyət göstərmişdir.

Bununla yanaşı MQM, OTK da abituriyent səviyyəsi üzrə açıq suallar və esse yoxlayıcısı olaraq fəaliyyət göstərir. Eyni zamanda, 2024-cü ildən OTK da həm aşağı siniflər üzrə , həm də abituryentlər üzrə keçirilən sınaq imtahanlarında sual izahedicisi kimi fəaliyyət göstərir.