İsayeva Ramilə

Mən Ramilə İsayeva 1990-cı il 12 May tarixində Zaqatala rayonunda anadan olmuşam. Tam orta təhsilimi Zaqatala rayonu, Ş.Qurbanov adına 3 saylı tam orta məktəbində almışam. Orta ixtisas təhsilliyəm. Təhsilimi Göyçay Dövlət İdarəetmə Kollecində İngilis dili müəllimliyi ixtisası üzrə almışam. 2011-ci ildən Zaqatala rayonu, Muxax kəndi,1 nömrəli tam orta məktəbində İngilis dili müəllimi olaraq çalışıram. 15 ildən çoxdur ki, repetitor müəllim kimi fəaliyyət göstərirəm. Diaqnostik imtahan balım 56/60, Müəllimlərin sertifikasiyası üzrə keçirilən imtahandan isə 55/60 olmuşdur. 2025-ci ildə Kainat Tədris Mərkəzinin təşkil etdiyi Müəllimlərin işə qəbulu imtahanında iştirak etmişəm. Həmin ilin sentyabrından etibarən Kainat Tədris Mərkəzində İngilis dili müəllimi olaraq fəaliyyət göstərirəm.