Aydın Əlizadə

 Aydın Əlizadə

Əlizadə Aydın Sahib oğlu 7 İyul 1993-cü ildə Yevlax Rayon Aran qəsəbəsində anadan olmuşdur. 2000-ci ildə Aran qəsəbəsi 101 saylı tam orta məktəbdə təhsil almağa başlamışdır. 2011-ci ildə orta təhsili bitirib Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialı Tarix və Coğrafiya müəllimliyi ixtisası fakultəsinə qəbul olmuşdur. 2015-ci ildə ali təhsilini bitirib. 2015-2016-cı illərdə Gədəbəy rayon N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə qulluq etmişdir. Hərbi xidməti bitirdikdən sonra 2016-cı ildə Təhsil Nazirliyinin MİQ imtahanlarından keçərək Beyləqan Rayon Eyvazalılar kəndində Coğrafiya müəllimi olaraq fəaliyyətə başlamışdır. 2017-ci ildə yerdəyişmə edərək Yevlax Rayon Qaraməmmədli kənd tam orta məktəbində fəaliyyətə başlamışdır. Hazırda həmin məktəbdə Coğrafiya müəllimi olaraq çalışır. Həmçinin 2017ci ildən Kainat Tədris Mərkəzi Yevlax filialında fəaliyyət göstərir.