Lalə Hümmətova

Lalə Hümmətova

Mən Hümmətova Lalə Hümmət qızı 1981-ci il 20 fevralda Ucar rayon Qarabörk kəndində anadan olmuşam. 1988-ci ilin sebtyabr ayında Ucar rayon 5№-li orta məktəbin 1-ci sinfinə daxil olmuşam. 1998-ci İldə həmin məktəbin 11-ci sinfini bitirmişəm. 1999-cu ildə GDU-nin Filalogiya fakültəsinin Azərbaycan dili və Ədəbiyyat fakültəsinə daxil olmuşam. 2003-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurmuşam. 2003-cü ildə GDU-nin Magistr elmi dərəcəsi üzrə Filalogiya şöbəsinin Azərbaycan ədəbiyyatı ixtisasına daxil olmuşam. 2006-cı ildə isə həmin ixtisası fərqlənmə diplomu ilə başa vurmuşam. Magistr təhsilini qiyabi almışam. 2003-cü ildən Ucar rayon Qazyan kənd Ə.Əliyev adına 2№-li orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat fənnləri üzrə müəllim vəzifəsində işləyirəm.